Dünya
13:14 / 12.06.2022
11

Ukraynadakı hərbi cinayətləri araşdıran BMT Komissiyası Kiyevə səfər edib

Ukraynadakı hərbi cinayətləri araşdıran BMT Komissiyası Kiyevə səfər edib


Ukraynadakı hərbi cinayətləri araşdıran BMT Komissiyası Kiyevə səfər edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk feysbuk hesabında bildirib.

"Komissiya insan hüquqlarının, beynəlxalq humanitar hüququn pozulmasını və müharibə ilə bağlı digər cinayətləri qeydə almaq üçün yaradılıb. Əsas məqsəd şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və heç kimin cəzadan yayınmaması üçün materiallar hazırlamaqdır", - Kondratyuk vurğulayıb.

Komissiyanın nümayəndələri 2022-ci ilin fevral ayının sonu və mart ayının sonunda Kiyev, Çerniqov, Xarkov və Sumı vilayətlərində beynəlxalq hüququn pozulması hallarını ayrıca araşdıracaqlar.

Qeyd edək ki, hazırda Ukrayna hüquq-mühafizə orqanları 16 mindən çox hərbi cinayət, o cümlədən 5 minə yaxın qətllə bağlı araşdırma aparır.

Bundan əvvəl Avropa İttifaqı, ABŞ və Böyük Britaniya Ukraynadakı hərbi cinayətləri araşdırmaq üçün beynəlxalq mütəxəssislər qrupu yaradıb.