Cəmiyyət / Mədəniyyət
20:10 / 1.06.2022
182

Tərtər rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Bəşəriyyətin sülh carçıları” adlı tədbir keçirilib

Tərtər rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Bəşəriyyətin sülh carçıları” adlı tədbir keçirilib

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Tərtər rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, mədəniyyət və təhsil işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Öncə tədbir iştirakçıları uşaqların çəkdikləri rəsm əsərlərinə və uşaq ədəbiyyatı ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçiriblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir.
Rayon rəhbəri xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  və 1-ci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Uşaqları təbrik edib və onlara göstərilən diqqət və qayğıdan danışıb.
Qeyd edib ki, 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.
Həmçinin regional idarənin rəisi Vəsilə Möhsümova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Bu həm Azərbaycan hökumətinin, həm vətəndaş cəmiyyətinin, həm də valideynlərin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir. Biz gələcəyimizi təmin etmək üçün uşaqlara, gənclərə qarşı çox diqqətli olmalı, onların formalaşması üçün çalışmalı və ardıcıl tədbirlər həyata keçirməliyik.
Sonra tədbir Tərtər rayon Mədəniyyət Mərkəzinin, Uşaq musiqi məktəbinin və Uşaq baxçalarının bigə hazırladığı rəngarəng musiqi nömrələri və konsert proqramı ilə davam edib.
Sonda Tərtər rayon İcra Hakimiyyəti tərəfindən Tərtər rayon uşaq musiqi məktəbinin uşaqlardan ibarət Xor kollektivi Fəxri Fərmanla təltif olunub.