Cəmiyyət
12:09 / 19.06.2022
6

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 96 %-dən çox artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 96 %-dən çox artıb


Bu ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon ton yük, 1 milyon 720,2 min sərnişin daşınıb.

Bu barədə Regiontv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 14 %, sərnişin daşınmasında isə 96,2 % artım müşahidə edilib.

Orta hesabla sutkada 294 vaqon yüklənmiş, 371 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,2 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.